Azərbaycanlı aktrisa futbola baxmaq üçün Barselonaya gedib – FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisa futbola baxmaq üçün Barselonaya gedib – FOTOLAR

Aktrisa Asya Atakişiyeva tədbirlərin birində görüntülənib.

Publika.az xəbər verir ki, bu yaxınlarda İspaniya tətilindən qayıdan sənətçi yayı səmərəli keçirdiyini bildirib:

“Bu yayı İspaniyada, Barselonada keçirdim. Həm dincəlmək, həm də futbola baxmaq üçün getmişdim”.

Yeni işləri barədə açıqlama verən sənətçi bu mövsüm iki serialla ekranlarda olacağını deyib:

“Bu mövsüm ATV-də yayımlanan “Barama” və Xəzər TV-də yayımlanan “Ata ocağı” serialında rol alacam. “Ata ocağı” həftəiçi hər gün efirə gələcək, orada obrazımın adı Bənövşədir. “Barama” serialında isə Günəş obrazını canlandıracam”.

Aktrisa ona ünvanlanan “İki ayrı kanalla işləmək sizin üçün çətinlik yaratmırmı” sualına verdiyi cavabla diqqət çəkib:

“Onu açıqlaya bilmərəm, çünki ssenariyə zərər gələ bilər”.

Qeyd edək ki, A.Atakişiyeva indiyədək Xəzər TV-nin bir neçə serialında rol alıb. Ona uğur gətirən ekran işi isə “Həyat sən nə qəribəsən” serialı olub.

Pərviz Hüseyn,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm