Oksana və Elşadın film təqdimatında nə baş verdi? - FOTO
Bizi izləyin

Magazin1

Oksana və Elşadın film təqdimatında nə baş verdi? - FOTO

Dünən Nizami Kino Mərkəzində çoxdandır gözlənilən “Mələyin öpüşü” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, qala gecəsində filmin aktyor heyəti, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artistləri Ramiz Novruz, Firəngiz Mütəllimova, əməkdar artistlər Bəhram Bağırzadə, Sevda Ələkbərzadə, Lalə Məmmədova, müğənnilər Yaşar Cəlilov, Rauf, Günel Ələkbərova, Elnur Məmmədov, Elçin Cəfərov, Nadir Qafarzadə, Elnarə Xəlilova, Roza Zərgərli, aktrisalar Pərvin Abıyeva, Xumar Səlimova, Zarina Qurbanova, Sevinc Əliyeva, Nərgiz Mütəllimova, aparıcılar Afaq Gəncəli, Seyran Babayev və başqaları iştirak edib.

Gecəyə ağ libasda daxil olan filmin prodüseri və baş rol ifaçısı Oksana Rəsulova Elşad Xose ilə birgə bəyaz geyinməsinin səbəbini belə açıqlayıb: “Əslində biz elə geyindik ki, siz fikirləşəsiniz biz hansımız mələyik?”

Onun bu sözlərinən sonra isə Elşad Xose “Məndən çətin mələk çıxar deyərək” media nümayəndələrilə zarafatlaşıb.

Qeyd edək ki, filmdə baş rollardan birini canlandıran Xalq artisti Fuad Poladovun səhhətində problem olduğu üçün o, qala gecəsinə qatılmayıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm