• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

  • Magazin1
  • 20 Sentyabr 2017 15:45
  • 963 Baxış
Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

Bu mövsümdən ARB TV-də aparıcılığa başlayan müğənni Günel Ələkbərova saytımıza açıqlama verib.

Publika.az xəbər verir ki, o, verilişinin anons çəkilişi zamanı “Kənd bazarı”nda işlətdiyi “İndiyədək bazarda olmamışam. Yaxşı ki, olmamışam” ifadəsinə aydınlıq gətirib: “Həmin bazarda olmağım məni çox narahat elədi. Uzun zamandır bazara getmirdim, uşaqlıqda getdiyim idi. Bazar mənim ağlımda növbənöv tərəvəzlər, müxtəlif növ meyvələr, yeddi-səkkiz cür alma, üç-dörd növ üzüm və s. olaraq qalıb. Ancaq bu bazarda mən çox məyus oldum. Piştaxtalar boş idi. Bu bazar da “20 yanvar” metrostansiyası ərazisində yerləşən “Kənd bazarı” adlanan yerdir. Mənim orada çəkilişim olmalı idi. Bazarın içərisinə daxil olub, orada alış-veriş etməli idim. Allaha şükür bu gün insanların evlərinin qarşısında ən azı beş-altı market var. Bazara isə kasıb adam getmir, pulu olanlar gedir. Çünki orada marketlərə nisbətən çeşid çoxdur. Qiymətləri isə müxtəlifdir. Gedib ən gözəl tərəvəzi, meyvəni alırlar. Ancaq o üç kilosu bir manata olan xiyarı yeşikdə görəndə fikirləşdim ki, axı buraya kasıb adam da gəlir. Fikirləşir marketdə stabil qiymətdir, bazarda endirimlə ala bilərəm. Mən də istəmirəm. Niyə axı kimsə pul verib zibil almalıdır? Hətta, satıcıyla buna görə dalaşdım. Ondan soruşdum ki, bu məhsulu haradan gətirirsiniz? O, isə cavabında dedi ki, Qusardan gətiririk. Satıcıya “Belə başa düşdüm ki, Qusardan zibil daşıyırsınız. Özünüzə də əziyyətdir” dedim.

Bütün bunlar mənə pis təsir edir. Niyə axı imkanı olmayan adam məcbur qalıb üç kilosu bir manata olan xiyarı almalıdır? Mən istəmirəm hər kəs zibil yesin, istəyirəm ki, normal və gözəl qidalansınlar. Ona görə də, bazarda olarkən həmin ifadəni işlətdim. Çünki mən özümü heç vaxt yuxarıdan aparmamışam. Baxmayaraq ki, tanınmış müğənniyəm alış-verişə də, marketlərə də özüm gedirəm. İnsanların, cəmiyyətin içində də oluram. Bazarı belə vəziyyətdə görmək mənə çox pis təsir etdi. Bir bazara ki, girirsən üstü bağlı olan məkanda inək var. Oradan başqa nə gözləyəsən? Artıq o inək nə edib, etməyib orasını demirəm. Bazardan meyvə qoxusu gəlməlidir, ancaq bu bazardan zibil iyi gəlir. Hər tərəf zibil, piştaxtalar boş, bərbad vəziyyətdədir. İstəyirəm xalqım gözəl qidalansın. Kasıb insanlar bu məhsulları almağa məcburdur, ancaq heç olmasa yararlı məhsullar yesinlər. Ona görə kəskin paylaşım elədim, insanlar yanlış anladı”.

Qeyd edək ki, G.Ələkbərovanın “Yeməyə nə var?” adlı proqramı hər şənbə günü yayımlanır.

Pərviz Hüseyn

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR