Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO
Bizi izləyin

Magazin1

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

Aparıcı Zaur Kamal 5/5 verilişində tamaşaçıları təəccübləndirib.

Publika.az bildirir ki, o, proqramda qonaq olan müğənni Damlanın pul çantasını studiyaya gətirdib və tamaşaçılardan orada nə qədər pulun olduğunu soruşub.

Zaur bildirib ki, pulun dəyərini tapana müğənni 100 manat verəcək.

Damla əvvəlcə çantasının gətirilməsinə və pulunun sayının açıqlanmasına razılıq verməsə də, Zaur onu yola gətirə bilib.

Tamaşaçılar müxtəlif məbləğ söyləsələr də, ifaçının çantasından 3500 manata yaxın pul çıxıb.

Yalnız bir nəfər 3000 manatdan çox pul dediyi üçün Damla ona yüz manat verib.

Z.Kamal sənətçinin üzərində bu qədər pul gəzdirdiyinə təəccüblənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm