Magazin1
Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ
Tanınmış gənc ifaçı Rauf Əhmədov Publika.az-ın suallarını cavablandırıb.
- “Sən hər şey sən”i izləyicilər kliplə gözləyirdi, amma sadə şəkildə təqdim etdiniz...
- “Sən hər şey sən”ə bu yaxınlarda klip çəkdirəcəm. Oktyabrın ortalarına təqdim etməyi planlaşdırıram. Bir layihə çərçivəsində izləyicilərin qarşısına çıxacaq. Televiziya təqdimatı planlaşdırırıq. Klipin rejissoru isə azərbaycanlıdır.
- Mahnının “cover” fotosunda bir xanımla yarıçılpaq olmağınızın bu mahnıyla əlaqəsi nədir?
- Anima və animus yəni, kişidə qadın başlanğıcı, qadında isə kişi başlanğıcı. Bunlar kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Kişi qadınla cütləşməlidir, kişiylə yox. Biz bunu təbliğ edirik. Ancaq klipdə çılpaq səhnələr olmayacaq.
- Nigar Camalı sizin, sizi də onun klipində görmüşük. Bəs onunla duet fikirləşmisiniz?
- Nigar Camalla yox, bu yaxınlarda yenə bir şirkətin vasitəsilə tanınmış kişi müğənnimizlə duet edəcəm. Adını açıqlamaq istəmirəm. Növbədə başqa bir mahnım da var. Bu ilin sonuna kimi daha bir iş təhvil verəcəm.
- Qala gecələrində, tədbirlərdə sizi az-az görürük...
- Tədbirlərə və qala gecələrinə az-az gedirəm. Mən bunu o qədər də xoşlamıram. Dost kimi çağırırlar, mən də gedirəm.
- Yeni filmlər sizi qane etmir?
- Söhbət qane etməkdən getmir. Camaat arasında olmağı sevmirəm. Mən başqa planetin adamıyam.
- Pop janrında fərqli tərzinizlə seçilirsiniz. Həm rəqs edib, həm oxumaq çətin deyil ki?
- Həm oxuyub, həm rəqs edən ilk kişi müğənniyəm. Hərəkət eləmək başqadır, rəqs etmək başqa. Heç bir çətinlik çəkmirəm.
- Birinci və ikinci işləriniz çox sevildi, ancaq sonrakı mahnılarınızda bunu hiss etmədik. Bunun səbəbini nədə görürsünüz?
- Müğənni ilk işi ilə çıxanda ona baxış sayı daha çox olur. Bizim tamaşaçıları təəccübləndirmək çətindir. Digər mahnılarımın “tutmaması”nın səbəbi də bundan irəli gəlir. İnandırım sizi ki, bu mahnılara yaxşı səs gücləndiricilərdə qulaq assaydılər, baxış sayları az olmazdı. Mən çoxşaxəli oxumağa çalışıram. Birazdan pop-rok janrında ifa edəcəm.
Pərviz Hüseyn
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU