• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Faiq Ağayevdən Röyanın BİRİNCİLİK İDDİASINA CAVAB: "Özünü aldatmaq istəyən..." - FOTO

  • Magazin1
  • 29 Sentyabr 2017 00:30
  • 1 582 Baxış
Faiq Ağayevdən Röyanın BİRİNCİLİK İDDİASINA CAVAB: "Özünü aldatmaq istəyən..."

Dünən keçirdiyi mətbuat konfransında Əməkdar artist Röya Ayxan Xalq artisti Faiq Ağayevin "Azərbaycanda yalnız 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm" sözlərinə münasibət bildirmişdi.

Publika.az xəbər verir ki, o, Ağayevin bu sözləri ilə razı olmadığını bildirərək "Faiq Ağayev konsertdən real gəlir əldə edən 3 müğənnidən birinin özü olduğunu söyləyib. Digərlərinin isə adını açıqlamayıb. Lakin demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram" ifadəsini işlətmişdi.

İfaçının bu sözləri qarşısında susqunluğunu qoruyaraq heç bir açıqlama verməyən Xalq artisti isə cavabını sosial media hesabında etdiyi paylaşımla bildirib. O, Röya Ayxana ismarıc yollayıb. Belə ki, F.Ağayevin konsert görüntülərinin yer aldığı video paylaşımda zalda oturanların içərisində R.Ayxanın da olduğu görünür. Müğənni paylaşdığı bu videonun altına isə bu sözləri yazaraq Röyaya söz atıb:

"Sizi də sadəlövh sayıb, özünü də, ətrafı da aldatmaq istəyənlər olub yəqin... Yaxın keşmişə səyahət".

Qeyd edək ki, Faiq Ağayev konsertdən real gəlir və izləyici toplaya bilən müğənnilərdən birinin özü, digərinin isə Alim Qasımov olduğunu bildirib.

Pərviz Hüseyn

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>