• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Kərim izləyicilərini SÖYDÜ: “Fahişə ermənilərlə sizin...” - FOTO

  • Magazin1
  • 2 Oktyabr 2017 13:00
  • 2 786 Baxış
Kərim izləyicilərini SÖYDÜ: “Fahişə ermənilərlə sizin...” - FOTO

Tanınmış ifaçı Kərim Abasov sosial şəbəkələrdə onu və ailəsini tənqid edənlərə sərt cavab verib.

Publika.az xəbər verir ki, sənətçiyə yazılan bu şərhlər isə oğlu Yusifin 1 yaşını qeyd etdikdən sonra başlayıb. Təhqirləri və tənqidləri görən Kərim isə eyni taktikanı istifadə edərək, izləyicilərinə təhqirlə cavab verib:

“Hər il doğum günü keçirmək və insanları ətrafıma yığmağı sevmirəm. Hamının problemi var, hər kəs pulunu əziyyətlə qazanır. Yusifimin 1 yaşını qeyd etdim və bu ad günü hər yerdə bölüşüldü, feysbukdan tutmuş yutuba kimi...

Şərhlərə baxıram ki, özümü, ailəmi, övladımı, valideynlərimi təhqir edirlər. Mənim ailəm, valideynlərim sizə nə ediblər ki, bu qədər söyüş yiyəsi olublar? Hələ də şokdayam, ayıla bilmirəm.

Məni təhqir edirsinizsə, edin. Başa düşdüm ki, bu millət düzələn deyil. Sizin kimi şərəfsizlərlə bir torpaqda yaşamağa, hava almağa xəcalət çəkirəm. Ailəmlə nə işiniz var? Ay bic balalar... 1 yaşlı Yusifim sizə nə edib? Sizin kimilərin yanında nə günahı olub? Ay atası, anası bəlli olmayan biqeyrətlər! Azərbaycanın adını sizin kimi oğraşlar batırır. Fahişə ermənilərlə sizin heç bir fərqiniz yoxdur. Bu Aşura günündə sizi Allaha tapşırıram.

Sizin qarğışlarınızdan, söyüşlərinizdən, nəfsinizdən oğlum 10 gündür ki, xəstəlikdən ayıla bilmir. Bu günümə sevinən mənim ürəyimdən su içsin. Görsün ki, nələr çəkirəm. Kim ki, ailəmə toxunsa, iki əlim yaxasında olacaq. Bu qədər alçaq oldunuz? Hələ o, 1 yaşlı mələkdir. Danışanda müğənniləri bəyənmirsiz, amma biz heç kəsin ailəsini söymürük. Bizim tərbiyəmiz var”.

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR