Jurnalistlər Kənan M.M-ə cavab verdi: "ÜZR İSTƏMƏSƏ..." - SORĞU
Bizi izləyin

Magazin1

Jurnalistlər Kənan M.M-ə cavab verdi: "ÜZR İSTƏMƏSƏ..." - SORĞU

Rejissor aktyor Kənanın M.M.-in oktyabrın 2-də tamaşaçılara təqdim etdiyi "Gecə qonağı2" filmi qalmaqala səbəb oldu. Baş rolda Kənan M.M-in də oynadığı filmin qala gecəsində müğənni xanımı Aygün Mahmudova da iştirak edib. Filmin səs problemləri, ssenarinin gözlənilən qədər təsiredici olmaması bir kənara, həyat yoldaşı Aygün xanımın geyimini xəbər edən jurnalisti təhqir etdi. Sosial şəbəkələrdə tənqid xəbərlərinə təhqirlə cavab verən Kənan M.M filmin uğursuzluğunu jurnalistləri söyməklə ört basdır etmək istədi.

Publika.az məsələ ilə bağlı jurnalistlərin fikirlərini öyrənib. Həmin sorğunu sizə təqdim edirik.

Publika.az-ın şou jurnalisti Pərviz Hüseynli

"Həmin xəbərdə Kənan Mahmudovun ailəsinə və ya özünə qarşı qərəzli heç bir məlumat dərc edilməyib. Necə deyərlər, görünən kənd bələdçi istəmir. Hər insan öz beyninə və səviyyəsinə görə xəbəri qavrayır. Normal şəkildə etirazını bildirmək onun haqqıdır, amma təhqir etmək artıq onun iç dünyasını göstərir. Hər bir şəxs başqasını söyərkən, birinci öz ailəsini fikirləşməlidir. Kənan özünü 16 yaşlı yeniyetmələr kimi aparır. "Əgər filmimi bəyənməsələr, deməli problem tamaşaçıdadır" deyən insandan başqa nə gözləmək olar ki?

Medianı başına toplayıb "Sizsiz biz heçik" deyən adam, filminin səhəri günü medianı təhqir edir. Ona görə də özünü eqolu aparan, mətbuatı təhqir edən Kənan və Kənan kimi olan insanlara qarşı media birləşməli və onları reklam etməməlidir".

Qafqazinfo.az saytının şou jurnalisti Elvin Elxan

"Ümumiyyətlə, kiminsə şərəf və ləyaqətini alçaltmaq yolverilməzdir, sətraltı olsa belə. Kənan bəy emosional bir şəkildə həmin paylaşımı edib. Əlbəttə, onun etiraz etmək hüququ var. Ancaq bu tərzdə qeyri-etik və vulqar sözlərdən istifadə etməsini bir incəsənət üzvünə yaraşdırmıram. İstənilən halda mətbuatda xanımı ilə bağlı yazılan xəbərdə şərəf və ləyaqəti alçaldan bir hal yoxdur. Mənə maraqlıdır, bizdə məhkəmə mədəniyyəti nə vaxt formalaşacaq? Kim narazıdırsa, qurumlara mütaciət etsinlər, kimin haqlı, kimin haqsız olduğu müəyyənləşsin. Yoxsa post yazıb bundan şou çıxarmaq bu insana yaraşmır. İndi də bir tendensiya var. Elza Seyidcahan bunların əlinə yaxşı "kozur" verib. Həmin sözü öz pis niyyətlərinə uyğunlaşdırıblar, düzgün deyil. Hər kəs öz yerini bilsə, hamı da sakit işini görər".

Showxeber.az-ın jurnalisti Elman Məmmədov

"Mən buna pis baxıram, ümumiyyətlə, filmdən tənqid yazılıbsa, bu o deməkdir ki, filmdə nöqsanlar var. Təhqir etməyiblər ki. Xoş söz yazanda yaxşı olur, tənqid yazanda pis olur jurnalistlər?
Məsələn, biz Aygünlə Röyanın necə tənqidli xəbərlərin yazmışıq, amma bu cür yanaşmayıblar. Özləri deyib ki, siz xoş sözlər yazanda yaxşı olur, tənqid yazanda qəbul etmirik. Belə çıxır ki, filmə ancaq tərif yağdırmaq lazımdır? Bəs nöqsanlara göz yumulmalıdır?"

Mətbuat.az-ın redaktoru Oral Əliyev Mədənçi

"Mənim bu məsələyə münasibətim pisdir. Jurnalistin informasiya əldə etmək, yaymaq hüququ var. Bu hüquqlar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilib. Mən bilmirəm Kənan bəy niyə belə hala yol verib. Yəqin o anın təsiri ilə hisslərinə hakim ola bilməyib. Hesab edirəm ki, həmkarlarımızdan üzrxahlıq edərək məsələni yoluna qoya bilər. Kənana yaraşan budur. Çünki Kənan da, bizdə yaradıcı insanlarıq. Yaradıcı insan yaradıcı insanı daha yaxşı anlamalıdır".

Big.az-ın redaktoru Rövşən Əsədov

"Kənanın keçmişi barədə söz açmaq istəməzdim, bu günə gəlincə isə biz onun əməyinə hörmətlə yanaşıb çəkdiyi filmin qala gecəsinə qatıldıq. Hətta həmişə olduğu kimi bu dəfə də reklam xarakterli yazı dərc etdik. Hər bir halda ortada nəticəsindən asılı olmayaraq əmək var, əməyə hörmət naminə bunu etdik. Lakin Kənan bu hörmətin qarşılığında hörmətsizlik etdi, həm də öz şəninə xas şəkildə etdi bunu.
İstər hüquqi aspektdən, istər mənəvi-psixoloji cəhətdən yanaşsaq Kənan bizə, jurnalistlərə qarşı hörmətsizlik etdi. Yəni bunun hüquqi tərəfin bir kənara qoysaq heç insanlığa yaraşmaz hörmət qarşılığında hörmətsizlik etmək, küçə tərzinə keçmək.

Bu məsələdə birmənalı olaraq uduzan tərəf Kənan oldu. Çünki hər bir halda onun boğazı bizim qılıncımızın altındadır, bizim Kənandan gəlib-keçəcəyimiz belə yoxdur. Ola bilər Kənan təhsil almışam deyir, amma təhsil alan insan bu şəkildə davranmazdı. Görünür, o, sadəcə universitetlə evləri arasındakı məsafəni ölçməklə məşğul imiş. Biz ziyalı insanlarıq, bizə onun tərzində cavab vermək yaraşmaz. Bu gündən etibarən Kənan Mahmudov adlı rejissor tanımıram, artıq Kənan Mahmudov özünün də dediyi kimi, taksi sürücüsüdür. Çünki təhsil alan rejissor belə ifadələr işlətməz".

Yenicag.az-ın jurnalisti Cəvahir Səlimqızı

"Kənan M.M-in kiməsə əsəbiləşib bütün medianı hədəfə alması yol verilməzdir. Təhqiri isə ümumiyyətlə, hec kimə yaraşdırmıram. Hansısa məşhurun konkret kiminləsə problemi var idisə, bunu təhqirə yol vermədən öz aralarında həll edə bilərdi. Üzrxahlıq mütləqdir".

PrimeTime.az-ın jurnalisti Teymur Məmmədov

Fikrimcə, rejissor müğənni və ya aktyor hansısa bir işi təqdim edirsə tərif olunduğu qədər tənqidə də hazır olmalıdır. Tənqidi qəbul etməyən sənət adamlarının özləri qədər yaradıcılıqları da müzakirə olunmamalıdır. Kənan M.M özü haqda yüksək fikirdədir. Azərbaycan mətbuatının bir üzvünü təhqir edilirsə bu, hamıya şamil olunur. Kənan özünə çəki düzən verməyi bacarmır və bu tip hərəkət onun tərəfdən bir neçə dəfə də təkrar olunub. Bir sözlə, insan media tərəfindən baykot edilməlidir.

Azxeber.com-un jurnalisti Nazim Qasımzadə

"Kənan kimi bir çox məhşurlar tənqidi qəbul edə bilmir. Tənqidi yazıya təhqir kimi cavab verməyi özlərinə sanki şərəf bilirlər. Xarici şou bizneslə ayaqlaşmağa çalışırlar, bəs xarici məşhurlar kimi tənqidlərə niyə açıq deyillər? Xəbərə gəldikdə isə orda tənqidi bir şey yoxdur. Özü mədəniyyətdən danışır, bəs niyə sosial şəbəkədə 18+ ifadələr işlədir. Bu gün onları məşhur edən mətbuat sabah adi bir siravi şəxs də edə bilər".

Mənbə: big.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm