Azərbaycanlı çoban “O səs Türkiyə”ni səsi ilə heyrətləndirdi - VİDEOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı çoban “O səs Türkiyə”ni səsi ilə heyrətləndirdi - VİDEOLAR

Neftçalanın Qaçaqkənd sakini Pərvin Səfərov "O səs Türkiyə"də səsi ilə hər kəsi heyran edib.

Publika.az xəbər verir ki, Pərvin Səfərov yarışmada “Nazəndə sevgilim” mahnısını ifa edib.

Səfərovun ifasını bəyənən Hakan, Hadisə və Murad ona tərəf dönüblər. Azərbaycanlı iştirakçı üç münsifdən Murad Bozu seçib.

Yıldız Tilbe də Pərvinin səsini bəyəndiyini, lakin türk dilində təmiz oxumadığı üçün ona tərəf dönmədiyini bildirib. “O səs Türkiyə”də azərbaycanlı ifaçı Pərvin Səfərovun şivəsini bəyənmədiyinə görə Yıldız Tilbe sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Məlumat üçün bildirək ki, Pərvin Səfərov Neftçala rayonunda çoban işləyir. O, bir müddət əvvəl sosial şəbəkədə qoyunları otaran yerdə çəkilmiş video sayəsində məşhurlaşıb. Verilişin aparıcısı Acun İlıcalı bildirib ki, Pərvini həmin video sayəsində tanıyan tamaşaçılar “O Səs Türkiyə”dən xahişş edib ki, onu verilişə dəvət etsinlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm