• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

“Özümü idarə edə bilmirəm”: Sevda Yahyayevadan ETİRAF

  • Magazin1
  • 9 Oktyabr 2017 15:37
  • 1 642 Baxış
“Özümü idarə edə bilmirəm”: Sevda Yahyayevadan ETİRAF

Müğənni Sevda Yahyayeva “ATV maqazin 10-larla” verilişində xarakterindən danışıb.

Publika.az xəbər verir ki, xanım sənətçi sakit görünsə də, daxilən əsəbi olduğunu etiraf edib:

“Mən nə qədər sakitəmsə, o qədər də dəliyəm. Babam mənə deyir ki, bala səni məndən gəlib soruşsalar, deyərəm bu qızın başı xarabdır. Ümumiyyətlə, çox əsəbiyəm, həddindən artıq…

Quyruğum tapdalansa, dəli oluram. Əslində təbiətim sakitdir, amma sakit insanlar əsəbiləşəndə özü-özünü tanımır. İnciyirəm, bəzən elə an olur ki, özüm-özümü idarə edə bilmirəm. Əsəbi olanda hirsimi yaxınlarımdan çıxıram, o da iş prosesində olur, 5 dəqiqə, ondan sonra sakitləşirəm. Amma qalmaqal mənim ruhumda yoxdur, qalmaqallı insan deyiləm. İstəmədən səni qalmaqala salırlar. Bəzən olur ki, səbirli olursan, bəzən də yox…Mən elə insanlardan çəkinirəm”.

S.Yahyayeva gündəmə gəlmək üçün heç vaxt qalmaqala qaçmadığını bildirib:

“Heç vaxt gündəm üçün bundan istifadə etməmişəm və ehtiyacım da olmayıb. Ehtiyac olsa da, istəmərəm. Sən məni söydün, mən də səni və bir günü içində bizi bütün Azərbaycan tanıdı. Yəni, bunun üçün nə klip çəkdirdin, nə pul sərf etdin və yaxud da hansısa bir iş gördün”.

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR