Rahidə Baxışovadan illər sonra İLK - FOTO
Bizi izləyin

Magazin1

Rahidə Baxışovadan illər sonra İLK - FOTO

“Sən öyrətdin” mahnısı ilə populyarlaşan ifaçı Rahidə Baxışova yeni klip çəkdirir.

Müğənni illər sonra yenidən rejissor Natiq Novruzovun kameraları qarşısına keçəcək.

Yeni işindən ağzıdolusu danışan sənətçi Publika.az-a açıqlama verərək həyəcanını belə izah edib:

“Yeni işimin həyəcanını yaşayıram. Bu gün sözləri və musiqisi Zülfi Bədəlova aid olan “Deməsinlər” adlı mahnıma klip çəkilir. 23 ildir sənətdəyəm 20 il öncə də “Sən öyrətdin” mahnısını oxumuşam. O, mahnı həyatımı da dəyişdi. Məni çox sevdirib, tanıtdırdı. O dövrə görə həmin mahnı çox yaxşı idi. Yeni təqdim edəcəyim işində çox fərqli olacağını düşünürəm. Süjet xətti yoxdur. Xarici stildə çəkməyə qərar verdik. Rəngli işıqlardan istifadə olunacaq. İstədik tamaşaçılara tamam başqa Rahidə göstərək”.

Müğənni fərqli görünmək istəməsinin səbəbini belə açıqlayıb: “Heç vaxt belə makiyajdan istifadə etməmişəm. Dedik ki, dəyişiklik olsun”.

Müğənni bir müddət itib, yenidən sənətə qayıtmağın ona çətinliklər yaşatdığını da qeyd edib: “Sözsüz ki, yenidən sənətə qayıdanda çətinliklərim var idi. İndi hər şey yoluna düşüb, şükürlər olsun”.

Ekran işinin rejissoru Natiq Novruzov isə klipin yeni dəbə uyğun olduğunu bildirib: “Klip günün dəbinə uyğun olaraq çəkirik. Hazırda ssenari ilə klip çəkilmir. Daha çox müğənninin gözəlliyi önə çıxarılır. Xırda da olsa, bu klipdə süjet var. Müğənnilərin tələbatı belədir. Onlar Beyonsu görür və deyir ki, mənim də klipim belə olsun”.

Təklifin Rahidə Baxışova tərəfindən gəldiyini bildirən rejissor 10 il öncə də, onunla çalışdığını deyib: “Mən elə rejissorlardan deyiləm. Heç bir müğənniyə zəng vurub deməmişəm ki, gəl sənə klip çəkim. Elə rejissor səviyyəsini aşağı salır. Rahidə xanıma 10 il öncə “Sənsiz öləcəyəm” adlı klip çəkmişəm. Ondan sonra da zəng etdi ki, gəl yenidən işbirliyimiz olsun. Həm də kaprizləri yoxdur, iş barəsində yola gedə bilir”.

Qeyd edək ki, klip yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm