Azərbaycanlı aparıcıya AĞIR İTKİ: "Dizində böyümüşdüm"
Bizi izləyin

Magazin1

Azərbaycanlı aparıcıya AĞIR İTKİ: "Dizində böyümüşdüm"

Tanınmış aparıcı Murad Əzimzadəyə ağır itki üz verib.

Publika.az xəbər verir ki, onun babası dünyasını dəyişib. Bu barədə sosial media hesabında məlumat verən M.Əzimzadə kədərini belə ifadə edib:

"Adımı Maradona qoymuşdu. Dizində böyümüşdüm. Atamın atası idi, elə mənə də atalıq etmişdi. Oğulluq edə bildimmi, deyə bilmərəm. Ancaq onu atamdan çox sevmişəm! Dost kimi, qardaş kimi idik. O da ailənin tək oğlu idi...

Təkliyimiz idi bizi bir-birimizlə anlaşılan edən! Bu həftəsonu Gəncəyə yanına gedəcəkdim, görüşəcəkdim... Amma indi dəfn etməyə, son dəfə sağollaşmağa gedirəm...

Babamdan çox ata olanımı itirdim! Doğmalarımızı hansı yaşda itirməyimizdən asılı olmayaraq... İtirmək yandırır, itirmək ağrıdır, itirmək məhv edir! Tanrı bütün ölənlərə rəhmət eləsin!"

Qeyd edək ki, saytımıza açıqlama verən M.Əzimzadə babasının Gəncə şəhərində dəfn ediləcəyini bildirib:
"Babam uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Özümü onun ölümsüzlüyünə inandırmaq istəyirdim. Ancaq, qismət belə imiş. Dəfn və yas mərasimi Gəncədə baş tutacaq".

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm