Magazin1
“Fi” plagiatdır” – “Yaprak dökümü”nün aktrisasından OĞURLUQ İDDİASI - - FOTO

“Yaprak dökümü” ilə tanınan aktrisa Başak Sayan “Fi” kitabının onun “Bağlanma korkusu” romanının plagiatı olduğunu bildirib.
Publika.az xəbər verir ki, Başak bu barədə sosial media hesabında açıqlama yayıb:
“Romanımı 2010-cu ildə yazdım, 2011-ci ildə satışa çıxdı. Cem adlı qadınlara düşkün reklam şirkətində işləyən birinin Bahar adlı zərif və gözəl balerinaya olan məcburedici eşqindən bəhs edirdi. Mövzu tanış gəldi? “Fi” adlı kitabla eyni mövzudadır. Bu kitabı çox gec oxudum. Oxuyan kimi də əhvalım korlandı və sona qədər davam edə bilmədim. Kaş ki, başqa bir ölkədə olsaydı da, haqqımı tələb edə bilsəydim... Mövzunu bağladım.
Amma bu gün sosial mediada hər iki kitabın çox bənzədiyi və mənim oğurluq etdiyim müzakirə olundu. Buna çox əsəbiləşdim. Axı “Fi” adlı kitabı yazan Azra Kohen oğurluq edib, mən yox. “Bağlanma korkusu” 2011-ci, “Fi” isə 2013-cü ildə yazılıb”.
Qeyd edək ki, Bir neçə seriyadan ibarət olan “Fi”, “Çi” və “Pi” romanı “Ay yapım” tərəfindən ekranlaşdırılır. Serialda baş rolları Serenay Sarıkaya, Ozan Güven, Berrak Tüzünataç və Mehmet Günsür canlandırır.
Pərviz Hüseyn

-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO
-
Magazin105:15
Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” - FOTO