“Ölkədən çıxışıma qadağa qoyulub” – Həbsdən çıxan müğənni DANIŞDI
Bizi izləyin

Magazin1

“Ölkədən çıxışıma qadağa qoyulub” – Həbsdən çıxan müğənni DANIŞDI

Xəbər verdiyimiz kimi, müğənni Maral Tahirqızı azadlığa buraxılıb.

Publika.az-a danışan ifaçı hisslərini belə dilə gətirib:

“Sizləri salamlayıram. Özümü yaxşı hiss edirəm. Bir az ödümdə problem oldu, indi yaxşıyam. Qohumlarım məni sevinclə qarşıladılar. Təmiz azərbaycanlı olsam da, valideynlərim Azərbaycanda yaşamır, Gürcüstandadırlar. Çox təəssüf ki, onları may ayına qədər görə bilməyəcm. Anam çox yaşlıdır, gəlməyi problemlidir”.

M. Tahir qızı bildirib ki, ölkədən çıxışına qadağa qoyulub:

“May ayına qədər ölkədən çıxışıma icazə yoxdur. Məhkəmə qərarı ilə həbsdən yeddi ay tez buraxıldım. Əslində, vaxtım mayın 20-si tamam olurdu”.

Tahirqızı yenidən müğənniliyə davam edəcəyini deyib: “Bundan sonra boyük məmnuniyyətlə verilişlərə çıxacam. Səhnədən ayrılmayacam. Sənət mənimlədir”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm