Gecəmiz tərtəmiz, “GETSİN”Ə 54,19 FAİZ - “Maşın”ı kim TƏRK ETDİ?
Bizi izləyin

Magazin1

Gecəmiz tərtəmiz, “GETSİN”Ə 54,19 FAİZ - “Maşın”ı kim TƏRK ETDİ?

“Xanımlar vs Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun bugünkü buraxılışı digərlərinə nisbətən daha sakit keçib.

Publika.az xəbər verir ki, qutuya ən çox fotosu atılan yarışmaçı Əməkdar artist Tünzalə Əliyeva olub. O, ilk öncə hədəfinin olmadığını bildirib. Sonradan isə hədəf olaraq müğənni Talıb Taleyi seçib. Tamaşaçılardan səs istəyən Tünzalə Xalq artistlərinə də müraciət edib:

“Mənim verilişimdə qonaq olan Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayevdən 100 səs istəyirəm”.

Şou boyunca aparıcılar Vüsalə Kərimova, Vüsalə Əlizadə, Mehriban Xanlarova və Ülviyyə Alovlu arasında mübahisələr yaşanıb. V.Kərimova qorxaq olmaqda ittiham edilib:

“Sən burada hamıdan qorxursan, məlum olanda kimsə sabah səsverməyə çıxacaq, gedirsən onun otağına ki, sənə dəyməsin”.

Vüsalə Əlizadə təklif edib ki, Ü.Alovlu normal qadın kimi danışsın, Alovlunun cavabı isə özünü gecikdirməyib:

“Anormal qadın özünsən!”

Elşad Xose isə dünənki proqramda Raufa səs istədiyinə görə üzr istəyib.

Sonda isə Tünzalə Əliyeva “qalsın”a 45,81 faiz səs toplayaraq, şounu tərk edib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm