• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Mehriban Xanlarova “Maşın” şounu tərk etmədən TAMAŞAYA ÇIXDI - AÇIQLAMA

  • Magazin1
  • 16 Oktyabr 2017 11:39
  • 1 749 Baxış
Mehriban Xanlarova “Maşın” şounu tərk etmədən TAMAŞAYA ÇIXDI - AÇIQLAMA

Əməkdar artist Mehriban Xanlarova “Maşın” şouda iştirakı davam etməsinə baxmayaraq dünən tamaşada çıxış edib.

Publika.az xəbər verir ki, Əlif Cahangirlinin müəllifi olduğu tamaşada M.Xanlarovanın albalı obrazını canlandırması birmənalı qarşılanmayıb. Belə ki, insanlar onun səhnəyə çıxmasının “Maşın” realiti şousunun qaydalarına zidd olduğunu bildirib.

Bu barədə “M Group Production”un mətbuat nümayəndəsi Əzizə Dünyamalıyeva ilə əlaqə saxladıq.

O, suallarımızı belə cavablandırdı: “Bildiyiniz kimi, iştirakçılar son üç günədək davamlı olaraq avtomobilin yanında olmurlar. Hər gün sponsor çəkilişləri ilə bağlı olaraq müxtəlif məkanlara üz tutulur. Biz də əvvəlcədən Mehriban Xanlarovanın tamaşalarının olduğunu bilirdik. Hər şey razılaşma əsasında baş tutub. Mehriban xanım sponsorların məkanına getməyib, öz tamaşasında çıxış edib”.

“Ona icazənin verilməsi digər iştirakçıların narazılığına səbəb olmadı?” sualına isə Ə.Dünyamalıyevanın cavabı belə olub: “İştirakçılar bunu normal qarşıladı. Ortada onların narazalığına səbəb olacaq heç bir durum yoxdur”.

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR