Azərbaycana hörmətsizlik edən məşhur hoteldən AÇIQLAMA
Bizi izləyin

Magazin1

Azərbaycana hörmətsizlik edən məşhur hoteldən AÇIQLAMA

Jurnalist Tünzalə Rafiqqızı sosial media hesabında “Winter Park Hotel Baku”dan narazı qaldığını bildirib.

Publika.az xəbər verir ki, o, məşhur hotelin restoranı haqda bu sözləri yazıb:

“Dünən bir dostumuzun doğum günü ilə bağlı “Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər bəy, Xəyal bəy “Karaoke”də Azərbaycan xalq və türk estradasından mahnılar ifa etməyə başladılar. Hotelin məsul şəxsi gəlib yarıda kəsdi ki, bizdə Azərbaycan və türk mahnıları oxumaq qadağandır”.

Məsələ ilə bağlı “Winter Park Hotel Baku” ilə əlaqə saxladıq.

Hoteldən sualımıza cavab verən məsul şəxs Natiq Qafarlı oldu:

“Bizim restoranda diceyimiz və müğənnimiz var. Onlar isə öz proqramlarını ifa edirlər. Kənardan sifariş verilən İran, türk, ərəb və s. ölkələrin musiqiləri qəbul olunmur. Bizdə karaoke sistemi yoxdur. Ancaq canlı musiqilər ifa olunur. Hər dəfə də təşkilatçı müxtəlif musiqi janrları ilə məşğul olan ifaçıları gətirir”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm