Leyla Əliyeva Könül Xasıyeva və Ramiz Əzizbəyli üçün ÇAĞIRIŞ ETDİ - VİDEO
Bizi izləyin

Magazin1

Leyla Əliyeva Könül Xasıyeva və Ramiz Əzizbəyli üçün ÇAĞIRIŞ ETDİ - VİDEO

"İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var. Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana həyat vermiş olarıq".

Publika.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva İnstaqram səhifəsində yazıb.

L.Əliyeva paylaşdığı həyat fondu ilə bağlı videoda sevilən xanəndə Könül Xasıyeva və dəyərli aktyor Ramiz Əzizbəyli üçün də hər kəsin birləşməsini və onların müalicəsi üçün kömək etmələrini istəyib:

“Kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb, sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə bilərlər. Həmçinin, 999 qısa nömrəsinə sms də göndərib yardım almaq üçün müraciət edə bilərsiniz. 1 sms-ın qiyməti 50 qəpikdir. İanə etməkçün hər hansı "Kapital Bank"a yaxınlaşıb bank ödəməsi edə bilərsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm