Magazin1
“Bu işi “müğənninin köməkçisi” səviyyəsinə salıblar” - Murad Arif
Tanınmış aparıcı və müğənni Murad Arif sosial media hesabında Azərbaycan prodüser sənətinin ucuz tutulmasından yazıb:
Publika.az xəbər verir ki, sənətçi özü-özünün prodüserliyini etdiyini deyib: “Prodüser” kimi şərəfli və ağır peşəni yalnız bizim ölkədə “müğənninin köməkçisi” səviyyəsinə salıblar. Halbuki, prodüser ideya təklif edən, layihəni yönəldən, gedişləri düşünən, idarə edən, istehsal edən, yaradan və satan adamdır!
2004-cü ildə gənc bir dostumuzun bütün yaradıcı addımlarını özüm düşünüb, özüm yönəltdim. 2 ildən sonra, onun öz təklifləri yaranan kimi, işi yekunlaşdırmaq qərarına gəldik. Növbəti illərdə də, yalnız ideya müəllifi, yönəldən olaraq digər sənətçi dostlarla çalışdım.
Bu gün, sənətçi olaraq, özüm özümə prodüserəm. Yəni, bütün addımlarımın, taktiki gedişlərimin, pr və “raskrutka” siyasətimin, şirkət və müştərilərlə görüşlərin, hara, hansı proqrama, necə və hansı repertuarla çıxmaq məsələlərini, hara müsahibə vermək, maliyyəni hara və nə qədər yatırım etmək qərarlarını, mahnı, repertuar seçməyi, sabah-birigün “Murad Arif” layihəsini hansı strategiya ilə davam etmək düşüncələrinin müəllifi özüməm. Təbii ki, çətindir.
Sözümün canı odur ki, “prodüser” olmaq istəyən gənclər, arzunuzdan dönməyin.
Gerçək bir “ideya generatoru”na hər zaman, hər layihənin, hər film, hər proqram, hər sənətçinin ehtiyacı var”.
Pərviz Hüseyn
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular