Oksana Elşad Xoseyə görə Xatuna ƏSƏBİLƏŞDİ: “Sənin...”
Bizi izləyin

Magazin1

Oksana Elşad Xoseyə görə Xatuna ƏSƏBİLƏŞDİ: “Sənin...”

“Maşın” şounun başlaması bir neçə qalmaqalın əsasını qoyub. Bunlardan biri də şouda iştirakçı olan Elşad Xose və Xatun qalmaqalıdır.

Publika.az xəbər verir ki, müğənni Xatun Əliyevanın Elşad Xoseyə "Mənə heç kəs ağıl verə bilməz. Mənim sənin qədər işçim var” deməsi şoudan kənardakı insanlara da təsir edib. Belə ki, rəqqasə Oksana Rəsulova eks-əri Elşad Xosenin müdafiəsinə qalxıb. O, fikirlərini sosial şəbəkədə belə ifadə edib:

"Bağışlayın, artıq susa bilmirəm. Xatun, "mənim sənin qədər işçim var” nə deməkdir? Mən bitərəf mövqedə deyiləm, amma sənin elə Elşad Xose qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban nə oldu, bəs əlinizi çəkmək istəyirdiniz? Can yandırıb özünüz onun yerinə getmək istəyirdiniz. Bir də, kimin işçisi, kimin qulluqçusu var. Adama deyərlər pulunuz var? Lap yaxşı, lovğalanmaq lazım deyil. Belə “dux”unuz çatırdı, əlinizi götürüb gedərdiniz. Boş-boş danışıb aranı qızışdırmaq lazım deyil. Ən zəhləm gedən şey, yalan və haqsızlıqdır”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm