Magazin1
“Təhmin və Zaur”un qala gecəsi BAŞ TUTDU - FOTO
Ekranlara çıxmamış söz-söhbətə səbəb olan “Cinemazadeh” studiyasının istehsalı “Təhmin və Zaur” filminin qala gecəsi keçirilib.
Publika.az xəbər verir ki, “Gənclik Mall” AVM-də keçirilən tədbirə xeyli sayda insan qatılıb. Onların sırasında Əməkdar artist Nahidə Orucova, prodüser Oktay Əliyev, aktyorlar Kamran Ağabalayev, Elməddin Cəfərov, Nicat Rəhimov, aktrisa Zemfira Əbdülsəmədova, aparıcılar İlkin Həsəni, Şəhriyar Əbilov, rəqqasə Oksana Rəsulova və başqaları olub.
Qala gecəsində filmin baş rol ifaçıları aktyorlar Fərda Xudaverdiyev və Elcan Rəsulov həyəcanlı olduqlarını bildiriblər.
Tədbirdə diqqətdən yayınmayan digər məqam isə baş rol ifaçısı Kəmalə Piriyevanın gecədə iştirak etməməsi olub. Buna səbəb kimi aparıcının ölkə xaricində olması və qayıtmaq üçün uyğun vaxta bilet tapmaması göstərilib.
Gecədə filmin baş prodüseri və rejissoru Zaur Mirzəzadə də çıxış edərək, böyük həyəcan keçirdiyini dilə gətirib.
Qeyd edək ki, film 6 gün ərzində məcburi şəkildə evlənməli olan Zaur adlı şəxsdən və onun başına gələn tragikomik əhvalatlardan bəhs edir. Ekran işi bu gündən etibarən “Cinema Plus” kinoteatrlarında göstərilir.
Pərviz Hüseyn
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK