Mətanət həmkarlarını “TOPA TUTDU”: “Qıcqırmış kündələr...”
Bizi izləyin

Magazin1

Mətanət həmkarlarını “TOPA TUTDU”: “Qıcqırmış kündələr...”

Müğənni Mətanət Əsədova “ATV maqazin 10-larla” proqramına müsahibə verib.

Publika.az xəbər verir ki, sənətçilərin onu təkrarlamasından şikayətlənən ifaçı həmkarlarını döyməklə hədələyib:

“Mən nostalji mahnıları oxuyuram, onlar təkrarlayırlar. Sonra demirlər ki, bunu birinci Mətanət etdi, biz təkrarladıq. Onlar gündəmdə deyillər, “kündəm”dədirlər. Qıcqırmış kündələrdilər, istəyiblər nəsə olsunlar, alınmayıb. İlhamə xanım baltalayırdı, mən dibindən kəsirəm. O yerə çatdırmasınlar ki, onları döyüm. Heç vaxt onların ağırlığına, yüngüllüyənə baxmamışam. Onda görmüşəm ki, həmin adam yoxdur. Mən dəyənə qədər Allah onları kül edir. Söz atmağı xoşlamıram. Nifrət etdiyim insanlara qarşı qəlbimin gözü kordur. Sözümü bir dəfə deyirəm, yek deyirəm. O, adam diriykən ölür”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm