Hollivudda yeni qalmaqal: 38 qadına təcavüz edən rejissor gündəmi silkələdi
Bizi izləyin

Magazin1

Hollivudda yeni qalmaqal: 38 qadına təcavüz edən rejissor gündəmi silkələdi

Bütün dünyada gündəm olan Harvi Veynşteyn qalmaqalından sonra daha bir "Oskar" namizədi cinsi təcavüz iddiaları ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, 72 yaşlı rejissor və ssenarist Ceyms Tobak 38 qadına cinsi təcavüz etməkdə təqsirləndirilib.

İddialara görə, rejissor qadınlara Nyu-York küçələrində yaxınlaşıb və onlara ulduz olacaqlarına dair vədlər verib. Daha sonra görüşlər təyin edib və intim mövzulu suallar verib. Hətta qadınların gözü qarşısında masturbasiya edib və onlara paltarlarının üzərindən təcavüz edib.

Məşhur rejissor isə haqqında çıxan iddiaları təkzib edib. O, iddiaları yayan qadınların heç birini tanımadığını və ya 5 dəqiqəlik görüşdüyünü deyib.

Şəkər xəstəliyi və ürək çatışmazlığı olduğuna diqqət çəkən rejissor cinsi davranışları gerçəkləşdirməsinin bioloji cəhətdən mümkünsüz olduğunu bildirib.

C.Tobakın rejissorluğunu etdiyi “Ağ və qara” (Black and White) filmində oynayan Eko Danon verdiyi açıqlamada Tobakın onun ayaqlarına toxunaraq masturbasiya etmək istədiyini açıqlayıb:

“Hamı işləmək istəyirdi. Ona görə də qadınlar onun istəklərini yerinə yetirməyə məcbur oldular. Mən də o səbəbdən dözdüm”.

Qeyd edək ki, Ceyms Tobakın ssenarisini yazdığı, 1991-ci il tarixli “Bugsy” filmi “ən yaxşı film” və “ən yaxşı kişi aktyor” kateqoriyalarında "Oskar" mükafatına namizəd olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm