
Tanınmış müğənni Nura Suri ARB TV-də “Məşhurla bir gün” proqramının qonağı olub.
Publika.az xəbər verir ki, verilişdə maraqlı açıqlamalar verən ifaçı ət yeməklərindən yavaş-yavaş imtina etdiyini deyib:
“Heyvanların qorunması üçün təbliğat aparıram. Ət yeməyini azaltmışam. Özümü çox yaxşı hiss edirəm. Tamamilə ətdən imtina edə bilməmişəm. Çünki, evdə övladım var. David 9 yaşındadır. Ona da təklif edirəm ki, gəl ətdən imtina edək”.
İfaçı xəz reklamlarına çəkilmədiyini də bildirib:
“Heç vaxt məni xəz reklamında görə bilməzsiniz. Pula ehtiyacım olub, mənə xəz reklamına çəkilmək təklif olunub, ancaq qəbul etməmişəm. Mənim üçün elə şeylər var ki, onlar puldan daha dəyərlidir”.
Pərviz Hüseyn