• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Promete səssizliyini “Gün Doğsa” klipi ilə pozdu - VİDEO

  • Magazin1
  • 24 Oktyabr 2017 11:15
  • 726 Baxış
Promete səssizliyini “Gün Doğsa” klipi ilə pozdu - VİDEO

Reper ProMete yeni “Gün Doğsa” trekinə çəkilən klipini təqdim edib.

Publika.az xəbər verir ki, “Gün Doğsa” klipi “İkinci pərdə” filminin saundtrekidir. Mahnını reper azərbaycanlı rejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı Rövşən Nicatla birlikdə duet şəklində ifa edib.

Ekran işinin rejissorluğunu Bəhruz Qurbanlı ilə Orxan Mərdana aiddir.

Bir müddətdir yaradıcılığına fasilə verən yaşayan reper “İkinci pərdə” filmi üçün hazırladığı yeni layihəsi haqqında təəssüratlarını bölüşüb:

“Uşaqlıqda kino izləyicisi idim, onlar mənə nağıl kimi gələrdi. İndi isə bu nağılların yaradılış prosesindəyəm. Sehrini heç itirmir bu nağıllar”.

Məlumat üçün bildirək ki, dram janrında çəkilən “İkinci pərdə” filminin premyerası noyabrın 16-sında keçiriləcək. Filmin rejissoru Emil Quliyev, prodüseri isə Orxan Mərdandır. Baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR