İlqar Muradov 60 illik yubileyini Heydər Əliyev adına Sarayda qeyd edəcək - FOTO
Bizi izləyin

Magazin1

İlqar Muradov 60 illik yubileyini Heydər Əliyev adına Sarayda qeyd edəcək - FOTO

Bu gün Əməkdar artist İlqar Muradov “Ötüşür zaman” adlı konsert proqramı ilə bağlı mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, media nümayəndələrini başına yığan sənətçinin yanında konsertin təşkilatçısı Samir Xəttab da olub.

S.Xəttab konsert barədə ətraflı məlumat verib: “Musiqidən zövq alıb, sakitləşmək istəyən hər kəs Heydər Əliyev adına Saraya üz tuta bilər. Konsert biletlərinin qiyməti 20-100 manat arasında dəyişir. Əslində bu qiymətləri insanların konsertə gəlib, dincələ bilmələri üçün etmişik. Həm də ümid edirəm ki, bu qiymətlərə görə dəvətnamə istəyən də az olar.

Səhnə barədə isə onu deyə bilərəm ki, İlqar müəllimin çox məşhur bir mahnısına möhtəşəm çıxış hazırlanıb. Hətta, buna canlı klip də deyə bilərik”.

Daha sonra İ.Muradov söz alaraq, bunları deyib: “Konsertdə ifamda səslənməyən mahnıları da oxuyacağam. Lakin əsas sevilən, xalq və bəstəkar mahnılarını səsləndirəcəyəm. Çox uzun konsert olmayacaq. Təxminən bir saat yarım davam edəcək. Musiqi rəhbəri Xalq artisti, bəstəkar Siyavuş Kərimi olacaq. Səhnədə həmkarlarımdan heç kimlə duet oxumayacağam. Lakin onların hər birini həmin gün zalda görmək istəyirəm. Təbii ki, dəvət edəcəyəm. Hansının vaxtı olsa, gələr”.

Qeyd edək ki, konsert müğənninin 60 illik yubileyinə həsr olunub və 25 noyabr tarixində keçiriləcək.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm