Azərbaycanlı diceydən BİR İLK: “Namazın və məscidlərimizin...” - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı diceydən BİR İLK: “Namazın və məscidlərimizin...” - FOTO/VİDEO

ANS telekanalında yayımlanan “Günəbaxan” proqramı ilə tanınan dicey Kənan Hüseynov fərqli layihəyə imza atıb.

Publika.az xəbər verir ki, o, çəkilişləri bir il ərzində bitən etnik üslubda klip çəkdirib. Dünyanın və Azərbaycanın bir sıra məscidlərinin yer aldığı ekran işində islamın, namaz qılmağın gözəlliyi və s. əks etdirilib. Videoklipdə Azərbaycanda yerləşənHeydər, Təzə Pir, Bibi Heybət, İmam Zaman məscidi, Masallı rayonunun Boradigah məscidi, Pakistanda, Qazaxstanda yerləşən məscidlər, Məkkə və başqa yerlərin möhtəşəmliyi izləyicilərə çatdırılıb.

Klipi barədə danışan K.Hüseynov bunları deyib:

“Klip bir il ərzində çəkildi. Fikir versəniz sübh namazı ilə başlayıb, şam namazı ilə bitir. Çəkilişlər Quba, Bakı, Xızı, İstanbul və digər yerlərdə aparılıb. İstədim namazın və məscidlərimizin gözəlliyini insanlara çatdırım”.

Qeyd edək ki, ekran işində yer alan musiqini Aliş Hamza, tarı Azər ifa edir. Klipin rejissoru isə Elvin Mahmudovdur.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm