Aytən Səfərova həmkarını tənqid etdi: “At əti haram deyil” - FOTO
Bizi izləyin

Magazin1

Aytən Səfərova həmkarını tənqid etdi: “At əti haram deyil” - FOTO

Hər zaman unikal fikirləri ilə diqqət çəkən aparıcı Aytən Səfərova feysbuk statusu ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, A.Səfərova həmkarlarından birinə söz ataraq, onu savadsız olmaqda günahlandırıb:

“Bir neçə gün əvvəl yerli telekanalların birində öz zəhmətilə fermasında at saxlayan, sonradan isə at ətini satış məqsədilə müştəriyə aparan fermeri göstərirlər. İlk baxışdan da zəhmətkeş insan olduğu sezilən bu şəxsi həmin ətin qarşısında elə dayandırıblar, sanki o, ağır cinayət törədib. Elə bil ki, bir qrup məktəblinin dərisini soyub, ətini satmağa aparır. İnsanları, zəhmətkeş bir fermeri belə alçaltmaq nəyə lazımdır? Hələ həmin süjetdən sonra aparıcı, adını bilmədiyim şəxs, çıxıb böyük-böyük “haramla uzağa getməzsən” deyir. Qardaş, sən nə bilirsən o haramdır? Sənə kim ixtiyar verir bunu iddia etməyə? Niyə haqqa girirsən? Bu, bir. İkincisi, peşəkarlar efirdə öz fikrini bildirmirlər. Aparıcı neytraldır. Üçüncüsü, nə vaxtdan müsəlman ölkəsində at əti haramdır və ya qadağandır? At əti bir çox türkdilli ölkələrdə ən dadlı ət hesab edilir, onu qonağın qarşısına qoyurlar və haram da deyil! Savadlı olun!”

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm