• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Talıb Talenin Göygöldəki evindən - VİDEOREPORTAJ

  • Magazin1
  • 31 Oktyabr 2017 12:15
  • 1 565 Baxış
Talıb Talenin Göygöldəki evindən - VİDEOREPORTAJ

“Maşın” realiti şousunda 60 min manat qiyməti olan avtomobil qazanan müğənni Talıb Tale maşını ilə ata evinə yollanıb.

Publika.az xəbər verir ki, şəxsi yutub hesabında bununla bağlı videoçarx hazırlayan ifaçı özü və ailəsi barədə ətraflı məlumat verib:

“Neçə dəfə istəmişəm bu evi təmir edim, ancaq atam istəməyib. Dostlarımla toylara gələndə gəlmək istəyirdim, ancaq utanırdım. Düzdür, burada utanmalı heç nə yoxdur, kasıbıq. Əsas odur mənəviyyatımız zəngin olsun”.

Videoreportajda ifaçının ögey anası Validə xanım da danışaraq Talıbın atasının müalicəsinə çox pul xərclədiyini deyib:

“Talıb bu yay xərclədiyi pulla bu evi də təmir etdirərdi, özünə başqa bir şey də edə bilərdi. Ancaq atasının müalicəsinə, dializ olunmasına çox xərcləri çıxır”.

Sözügedən videonu təqdim edirik:

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR