Burak Özçivit və İZDİHAM – Bir Bakı klassikası… - – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Burak Özçivit və İZDİHAM – Bir Bakı klassikası… - – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, “Kardeşim benim 2” filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, “Park Cinema İMAX”da keçirilən qala gecəsinə özəl qonaq olaraq Burak Özçivit və filmin baş rollarında gedən aktrisalar dəvət alıb.

Filmin komandası zala daxil olanda qışıqırıq səsləri, fanat izdihamı yaşanıb. Xüsusilə də, Burak Özçivitin gəlişi aləmi bir-birinə vurub. Onunla şəkil çəkdirmək istəyən qonaqlar zalda səs-küy qoparıblar.

Aktyorlar zala daxil olduqdan sonra tamaşaçılar 2 saata yaxın gözləməli olublar. Buna səbəb təşkilatçılığın yaxşı olmaması, mediaya qarşı diqqətsiz davranış və qonaqlara qarşı laqeyd münasibət olub.

Qonaqlar arasında olan Əməkdar artist Dilarə Əliyeva və həyat yoldaşı Oqtay Əliyevin, eləcə də qonaqların yerləri bir neçə dəfə dəyişdirilib. Buna səbəb Burak Özçivit və komandasının yerinin əvvəlcədən dəqiqləşdirilməməsi olub. Bir neçə dəfə yeri dəyişdirilən Oqtay Əliyev sonda əsəbiləşib. Onunla bərabər digər qonaqlar da narazılıq ediblər.

Filmdən sonra Burak Özçivit və filmin komandası tamaşaçılarla şəkil çəkdirib. Sonda isə jurnalistlərin suallarını cavablandırıb. Bakıya üçüncü dəfə gəldiyini bildirən Burak Özçivit “Kardeşim benim 2”-nin çəkilişləri zamanı çox əziyyət çəkdiyini deyib:

“Bu, Bakıya üçüncü gəlişimdir. Biz yeni filmimizdə ssenarini dəyişdirdik. Ola bilər ki, üçüncü filmi də çəkdik. Ancaq ən ağır çəkilişlər bu filmdə oldu”.

O, Murat Bozun qala gecəsinə gəlməməsinə səbəb olaraq isə “O ses Türkiye” layihəsini bəhanə gətirib:

“Murat Boz “O ses Türkiye” çəkilişlərinə görə bizə qatılmayıb”.

Qeyd edək ki, filmdə rol alan yeganə azərbaycanlı aktyor Kamran Ağabalayevin də qala gecəsində iştirak etməməsi diqqət çəkib.

Pərviz Hüseyn

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm