Nazpəridən Xatuna: "Tanımıram, tanımaq da istəmirəm"
Bizi izləyin

Magazin1

Nazpəridən Xatuna: "Tanımıram, tanımaq da istəmirəm"

Bu gün Xəzər TV-də yayımlanan "5/5" proqramında qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva müğənni Xatun Əliyevanın xoşuna gəlməyəcəyi sözlər işlədib.

Publika.az xəbər verir ki, aparıcı Zaur Kamal verilişdə yeni rubrika təqdim edib. Rubrikanın qaydalarına əsasən, gələn qonaqlar səslənən mahnıları kimin ifa etdiyini tapmalıdır. Nazpəri Dostəliyeva Abbas Bağırov, Günay İbrahimli, Samir Piriyev və başqa ifaçıları səsindən tanımasa da, Şəbnəm Tovuzlu ilə Xumar Qədimovanı tanıyıb.

Elə qalmaqal da bu an baş verib. Növbə Xatunun ifa etdiyi "Səndən ötrü" mahnısına gələndə, Xalq artisti ağız büzərək "Tanımıram, tanımaq da istəmirəm" deyə cavab verib.

Güman ki, onun Xatuna qarşı aqressiyasının səbəbi müğənninin onu dəfələrlə parodiya etməsi olub.

Xatırladaq ki, anoloji hadisə Xatunla parodiya etdiyi bir çox müğənnilər arasında təkrarlanıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm