Magazin1
Azərbaycanlıların PARİS UĞURU - FOTO
Azərbaycanı dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri olan "Best Model of the World"da təmsil edən Elxan Hüseyn ve Banu Şücai uğurlu nəticələrə imza atıblar. Belə ki, Fransanın paytaxtı Parisdə keçirilən yarışda Azərbaycanlı model Elxan Hüseyn 3-cü yerə layiq görülüb.
Publika.az xəbər verir ki, ona “Best Photomodel” xüsusi mükafatı təqdim edilib. Digər təmsilçimiz Banu Şücai isə yarışı uğurla başa vuraraq "Best Smile" tituluna sahib çıxıb. Müsabiqənin qalibləri türkiyəli Aslıhan Karalar və Şri-Lankadan olan Janulca Rajapaksha seçilib.
Bu haqda rəsmi məlumatı layihənin beynəlxalq direktoru Aqil Məmiyev məlumat verib. O, bildirib ki, 60-a yaxın ölkənin çıxış etdiyi yarışda Azərbaycanlı modellər öz çıxışları ilə münsiflər həyətinin böyük marağına səbəb olaraq onların rəğbətini qazanıblar.
Qeyd edək ki, Elxan 2014 və 2016-cı il tarixləri arasında ölkəmizdə keçirilən bütün dəb həftələrində çıxış edib. Nüfuzlu müsabiqədə qonşu Rusiyanı azərbaycanlı model İqo Hüseynov və ölkəmizdə yaşayan rusiyalı model Anna Qranovskaya təmsil ediblər. İqo Hüseynov uğurlu çıxış edərək "Best Physics" titulunu qazanıb. Sözüdegən yarışda Azərbaycanın rəhbərliyi heyətində Aqil Məmiyev ilə yanaşı Pərviz Əzimzadədə iştirak edib.
Pərviz Hüseyn
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO
-
Nəqliyyat08:34
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryolu vağzalındakı hadisəyə görə istefa verdi