Kıvanç Tatlıtuğ nişan üzüyünə görə 6 MİLYONDAN İMTİNA ETDİ
Bizi izləyin

Magazin1

Kıvanç Tatlıtuğ nişan üzüyünə görə 6 MİLYONDAN İMTİNA ETDİ

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun “Coca Cola” ilə bağladığı reklam müqaviləsində mühüm bir detal ortaya çıxıb.

Publika.az xəbər verir ki, aktyorun reklam filmində barmağındakı nişan üzüyü diqqət çəkib. Nəhəng şirkətlə 1 il müddətinə 6 milyon lirəlik reklam müqaviləsinə imza atan Tatlıtuğ kamera qarşısına keçmək üçün nümayəndələrə şərt qoyub.

Deyilənlərə görə, firma nümayəndələri Kıvanç Tatlıtuğun üzüyünü çıxarmasını istəyib. 2016-cı ildə Başak Dizerle Parisdə evlənən məşhur aktyor isə firmaya “Ya üzüyüm olacaq, ya da reklamda yoxam” deyərək reklamdan imtina edib. Lakin şirkət sonradan K.Tatlıtuğun istəyi ilə razı olub. Bu davranışıyla həyat yoldaşının könlünü bir daha fəth edən Tatlıtuğ yer aldığı reklam filmi ilə də sosial şəbəkədə indidən böyük əks-səda doğurub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm