Roza Zərgərli Qazaxstanda konsert verəcək
Bizi izləyin

Magazin1

Roza Zərgərli Qazaxstanda konsert verəcək

Tanınmış müğənni Roza Zərgərli dekabrın 26-da Qazaxıstanın Aktau şəhərinin “Abay” sarayında solo konsert verəcək.

Bu barədə Publika.az-a ifaçının özü məlumat verib. O bildirib ki, konsert Azərbaycan və Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illik il dönümünə həsr olunacaq. Saat 19:00-da başlayacaq gecədə müğənnilər Yaşar Yusub, Nicat Rəhimov, Ramil Cəfərov və “Bakı instrumental”ın musiqiçiləri iştirak edəcək. Konsertin aparıcısı Şəhriyar Əbilov və qazaxıstanlı ( adı açıqlanmır ) aparıcı olacaq”.

Xatırladaq ki, konsertin təşkilatçıları Aktau şəhərinin vilayət hakimi, həmin şəhərin baş konsulluğu və Azərbaycanın Qazaxıstandakı səfiridir. Onu da əlavə edək ki, Aktau şəhərində 15000 azərbaycanlı yaşayır.

Qeyd edək ki, Qazaxıstanın digər şəhərlərində də R.Zərgərlinin konsertləri planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm