Müğənni Yeganə avtobusa minənləri aşağıladı - VİDEO
Bizi izləyin

Magazin1

Müğənni Yeganə avtobusa minənləri aşağıladı - VİDEO

Müğənni Yeganə Mürsəlovanın "5/5" verilişində avtobusa minənlərlə bağlı dediyi sözlər kəskin tənqid edilib.

Publika.az xəbər verir ki, Yeganə Mürsəlova dünən Zaur Kamalın verilişində qonaq olub. Aparıcı ənənəsinə sadiq qalaraq gələn qonağı üçün şeir səsləndirib. Müğənni aparıcının şeirindəki "5-6 aydan sonra İstanbuldan qovuldu. Rayona zəng vurdu 100 manat pul göndərdilər. Avtobusla Bakıya çerez Naxçıvan gəldi" misralarına qarşı çıxıb. O, cavab olaraq bildirib ki, ömür boyu təyyarədə gedib:

“Özü də biznes-klassda. Niyə də biznesdə getməyək? Mən avtobusa yaraşıram? Utanmırsan?"

Bu sözlərinə görə sosial şəbəkələrdə tənqid atəşinə tutulan Yeganə izləyicilərdən üzr istəyib. O, avtobusa minən insanları təhqir etmək istəmədiyini qeyd edib. Y.Mürsəlova hadisə ilə bağlı video çəkərək yanlış anlaşıldığını bildirib:

"Dünən "5/5" verilişdən sonra insanlar artıq-əskik sözlər yazmağa başaldı. Özümü o qədər pis hiss edirəm... Avtobusa minən insanları təhqir etmək məqsədilə demədim. Sadəcə Zaurun haqqımda dediyi fikri yalanladım ki, İstanbuldan Bakıya heç vaxt avtobusla gəlməmişəm, hər zaman təyyarə ilə gəlmişəm. Avtobusa, metroya və taksiyə minənlərə hörmətim var. Bütün qohum-əqrabam da bu nəqliyyat vasitələrindən istifadə edir. Hər zaman xalqın içindəyəm. Lazım gəlsə, qatara, taksiyə, avtobusa, hətta metroya da minərəm. Özümü heç vaxt yuxarı qaldırmamışam. Məni pis başa düşməyin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm