“Eurovision” təmsilçimiz o müğənniləri YIXIB-SÜRÜDÜ
Bizi izləyin

Magazin1

“Eurovision” təmsilçimiz o müğənniləri YIXIB-SÜRÜDÜ

Azərbaycanı ilk dəfə olaraq "Eurovison" mahnı müsabiqəsində təmsil edən Samir Cavadzadə müğənniləri tənqid edib.

Publika.az xəbər verir ki, o, musiqimizi şikəst edən həmkarlardan gileylənib:

“Zövqsüzlük, incəsənəti sıfra satanlar, Azərbaycan incəsənətini pis günə qoyanlar, hər şeyi şouya çevirənlər bu ölkədə baş alıb gedir. Kimdir bunlar? Məqsədləri nədir? Tamaşaçı qulağı niyə eşitmir? Niyə bacarıqsızlara əl çalıb, hər kəsə yeridirlər? Zəngin Azərbaycan musiqisi çox bərbad haldadır. Heyf”.

Müğənni daha sonra yazılan rəylərə də münasibət bildirib: “İstedadlı insanlarımız var, amma nədənsə, tamaşaçı qəbul etmək istəmir. Budur rəzalət! Onsuz da baş verənlərə çox fikir vermirəm. Amma görəndə həvəsim ölür. Mən qorxuram ki, birazdan retro musiqilərimiz yaddan çıxacaq. Şəhərə çıxıb cavanlardan soruşacaqsız ki, instrumental ifaçılardan kimi tanıyırsız? Qorxun ki, cavabları “İnstrumental nədir?” olsun. Məndən soruşmayın ki, efirlərdə niyə yoxam. Anlayıram hardasa, hər kəs pul qazanmaq istəyir. Amma hər şeyin də həddi var. Yaradıcılıq başqa, toy üslubu başqa! Mən nə edə bilərəm ki? Zövqlər indi başqadır. Zəmanənin tələbi budur”.

Qeyd edək ki, Samir Cavadzadə 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı ilk dəfə olaraq "Eurovison" mahnı müsabiqəsində təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm