Magazin1
Pərvin Abıyeva efirdə BƏRK ƏSƏBİLƏŞDİ: “Əcəb edirəm, getsinlər...” - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verlişinə gənc aktrisa Pərvin
Abıyeva qonaq olub.
Publika.az xəbər verir ki, aktrisa uzun zamandır
haqqında yazılıb-pozulanlara cavab verib:
“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. "Az çəkilir, amma bütün
aktrisalardan bahalı maşın sürür" deyənlərdən soruşun görün ki,
onlar kinostudiyanın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin
qalasında sırf baş roldasansa bu heç də az deyil. İldə 50 min olur
qonararım. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm.
Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi, səni
görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam
deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin
dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini
deyib:
“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məhşurlar
kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də
havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də
qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim
deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən
çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdə də, serialda da
çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!