• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

İlkin Həsəni “Bir xalanın SİRRİ”Nİ AÇDI: “Evlənənə kimi biz də...” - MÜSAHİBƏ/FOTO

  • Magazin1
  • 22 Fevral 2018 14:15
  • 3 666 Baxış
İlkin Həsəni “Bir xalanın SİRRİ”Nİ AÇDI: “Evlənənə kimi biz də...” - MÜSAHİBƏ/FOTO

Bir neçə gündən sonra tamaşaçılarını “Bir xalanın sirri” adlı komediya filmi ilə sevindirməyə hazırlaşan aparıcı və aktyor İlkin Həsəni ekran işi haqqında fikirlərini bizimlə bölüşüb.

İlkin Həsəni Publika.az film haqqında maraqlı məqamları açıqlayıb.

- “Bozbash Pictures”in filmlərində əsas hadisələr Şəmi, Şöşü, Ağsaqqal, Qılman, Şirin və Fəlakətin ətrafında baş verir. Qadın aktrisalar ikinci planda qalır. “Bir xalanın sirri”nin treylerində də populyar aktrisalardan heç kimi görmədik. Ümumiyyətlə, sizin filmlərinizdə tanınmış aktrisalar demək olar ki, çəkilmir, daha çox yeni simalara üstünlük verirsiniz. Bu, nə ilə bağlıdır?

- Bütün filmlərimizdə və layihələrimizdə əsas rolları “Bozbash Pictures”in heyətinə daxil olan qızıl altılıq ifa edir. Başqa filmlərdə baş rol qəhrəmanları adətən iki nəfərdən ibarətdir. Bizdə isə belə deyil. Qızıl altılığa daxil olan aktyorların hər bir ayrı-ayrılıqda baş rol ifaçısı sayılır. Odur ki, əlavə gələn hər hansı aktyor, istər qadın, istər kişi avtomatik ikinci planda qalır. Bu, konkret olaraq bizim siyasətimiz deyil, sadəcə ssenari belə alınır. Onu da qeyd edim ki, “Bozbash”ın filmlərində çəkilmək yeni simalar üçün də düşərli olur. Onlar daha geniş auditoriya tərəfindən tanınmağa başlayır.

- İlkin Həsəni və “Bozbash”ın digər qəhrəmanları real həyatda da filmlərdəki kimi daima macəralar axtarışındadır?

- Evlənənə kimi hə, macərapərəst idik, macəranı özümüz axtarırdıq, amma indi macəra özü bizi tapır (gülür).

- İllərdir ki, fırıldaqçı və dələduz obrazlarını canlandırırsınız. Yəqin ki, oynadığınız rollar onları sizə hərtərəfli tanıtdırıb. Sizi adlatmaq istəyən, fırıldaqçılar və kələkbazlarla üzləşdikdə necə reaksiya verirsiniz? Belələri ilə tez-tez rastlaşırsınız? Sizcə, insanları nə məcbur edir ki, fırıldaqçılıqla məşğul olsunlar?

- Fırıldaqçı insanlarla istər cəmiyyətə, istərsə də çəkilişlərdə tez-tez qarşılaşırıq. Onlar müxtəlif sahələrdə hər zaman olub və olacaqlar da. Fırıldaqçılardan xilas olmağın yeganə yolu odur ki, onları daha yaxşı tanıyasan, ifşa edəsən. Onlarla elə onların dilində danışmaq lazımdır.

- “Stalinin başı” Azərbaycanda izlənmə rekordu qırdı. Öz rekordunuzu təzələyə biləcəksiniz?

- Bəli, “Stalinin başı” ölkəmizdə həm yerli, həm də xarici filmlər arasında izlənmə rekordu qırdı. Bizim rekordumuzu hələ ki, heç bir film təzələməyib. “Bir xalanın sirri” martın 1-dən etibarən kinoteatrlarda nümayiş ediləcək. İnanırıq ki, bu film “Stalinin başı”ından daha böyük marağa səbəb olacaq. Çünki “Bir xalanın sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari baxımdan çox fərqlidir.

Məlumat üçün bildirək ki, baş rollarda İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərlinin rol aldığı “Bir xalanın sirri” filminin rejissoru Emil Quliyevdir.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR