Qadağan olunan “Güləhməd”in rejissorundan ŞOK İTTİHAMLAR
Bizi izləyin

Magazin1

Qadağan olunan “Güləhməd”in rejissorundan ŞOK İTTİHAMLAR

Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə, 3 dəfə filmi çəkməkdən imtina etdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri fevralın 21-də premyerası baş tutan və kinoteatrlarda yayımı dayandırılan “Güləhməd” filminin ssenaristi və rejissoru Mətin Yücəl ünvanına yönələn tənqidlərlə bağlı açıqlamasında qeyd edib.

O, məsləyə belə aydınlıq gətirib: “Filmi təyin etdikləri vaxtda məndən alıb, hər şeyinini istədikləri kimi etdirən, səsləndirmədəki qüsurları, texniki xətaları aradan qaldırmadan mənim təsdiqim və qərarım olmadan, filmi özbaşına Nazirliyə göndərən, kinoteatrlarda yayımlanmasına icazə alan, qüsurlara baxmayaraq sanki gözəl iş görmüşlər kimi, qala gecəsi təşkil edib sənət nümayəndələrini dəvət edən, məni və filmdə əziyyəti olanları biabır edənlərə sözüm budur ki, çəkilişlər üçün, sadəcə, mətbəxi olan boş ev tapan, pulsuz, könüllü işləyən insanları ac saxlayan, aktyorların pullarınl verməyən, avadanlıqları maşın baqajında daşıyan prodakşn rəhbəri və yemək sifariş verməyə utanıb, başqalarına zəng etdirən, taksi pullarını məndən istəyən, baş menecerəm deyib, filmdə baş rolu ifa edən, ancaq aktyorluqdan xəbəri olmayan, söyüşlü səhnələri birbaşa özü oynayan kəslərə ayıb olsun.

Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə, 3 dəfə filmi çəkməkdən imtina etdim. Siz hər dəfə qapıma gəlib üzr istədiniz və az qala yalvarıb fikrimdən daşındırdınız”.

Mətin Yücəl filmin büdcəsi ilə bağlı səsləndirilən rəqəmin yalan olduğuna, günahların onun boynuna yükləndiyinə də diqqət çəkib:

“Bütün günahları mənim boynuma yıxmaq istəyirsiz. Gülərək oxuduğum xəbərlərdə 80 min büdcəniz olduğunu demisiniz”.

Xatırladaq ki, filmin rəsmi və hüquqi mülkiyyət sahibi "İmperator Lion M" şirkətidir. Şirkətin rəhbəri Vüqar Cavadov həm də baş prodüserdir. Rejissor və ssenarist isə Mətin Yücəldir.

Filmdə qeyri-etik, vulqar ifadələr işlədilib, eyni zamanda onun plagiat olduğu iddiası ortaya çıxıb. “Güləhməd” Türkiyədə çəkilmiş "Gülcamal" filminin oğurlanmış versiyası sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm