Kadir İnanır İFLİC OLA BİLƏR
Bizi izləyin

Magazin1

Kadir İnanır İFLİC OLA BİLƏR

Beyninə qan sızan aktyor Kadir İnanırın səhhəti təhlükə altındadır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 69 yaşlı kino ulduzunu gələn həftə əməliyyat etməyə hazırlaşan cərrah Ergün Demirsoy məlumat verib. Həkimin sözlərinə görə, İnanırın əməliyyat zamanı iflic olma riski var:

“Analizlər nəticəsində məlum oldu ki, beyinə gedən şah damarında ciddi problem var. Bu damarı təmizləyəcəyik ki, iflic riski olmasın. Ancaq beyinə gedən bir damar olduğu üçün əməliyyat zamanı iflic olma riski böyükdür. Odur ki, çox diqqətli olmalıyıq. İnanıram ki, hər şey yaxşı keçəcək. Əməliyyat gələn həftə baş tutacaq, hazırda isə aktyor evində istirahət edir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm