Azərbaycanın məşhur müğənnisi QƏZAYA DÜŞDÜ - Maşını yararsız halda, özü isə...
Bizi izləyin

Magazin1

Azərbaycanın məşhur müğənnisi QƏZAYA DÜŞDÜ - Maşını yararsız halda, özü isə...

Tanınmış azərbaycanlı müğənni Dilarə Kazımova avtomobil qəzasına düşüb.

Müğənninin yaxınlarının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəza martın 2-də gecə saatlarında Bakının Musabəyov parkının yaxınlığında baş verib.

Yol-nəqliyyat qəzasının baş verməsinə avtobus sürücüsünün "Yol hərəkəti qaydaları"nı pozması səbəb olub. Sürücü yanlış yerdə sürət həddini aşıb və Kazımovaya məxsus Audi markalı avtomobillə toqquşub.

Qəza nəticəsində müğənninin avtomobili yararsız hala düşüb.

"Qəza zamanı Dilarə başından travma alıb və xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən, o, təhlükəsizlik kəmərini taxıbmış" – deyə müğənnin yaxınları bildirib.

Hazırda müğənninin vəziyyəti normallaşıb, o, özünü yaxşı hiss edir.

Xatırladaq ki, Dilarə Kazımova vaxtilə Unformal və Milk & Kisses qruplarının tərkibində çıxış edib. O, 2014-cü ildə Ukraynanın "Голос країни" ("Ölkənin səsi"), 1+1 layihələrinin iştirakçısı olub. "Böyük səhnə" milli müsabiqəsinin qalibi olub və Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm