Magazin1
Qızı Tahir Əkbərin son anlarını ANLATDI: “Bunu deyəndə gözlərindən yaş axdı...” - FOTO

Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə keçirilən vida mərasimində iştirak edən qızı Bəhriyyə atası haqqında ürək sözlərini Publika.az-la bölüşüb:
“Atam noyabrın ikisində insult keçirdi, nə danışa, nə də ki, yaza bilirdi. Heç mənə vəsiyyət etməyə imkanı olmadı. Amma son anına qədər yanında oldum. Səhhəti dünən lap pisləşdi, bununla belə ümid edirdim ki, bəlkə möcüzə baş verər, bəlkə sağalar...
Son anlarında atamın yanına gedib ona söz verdim ki, əsərlərinə sahib çıxacağam. Ona musiqilərini nəinki Azərbaycanda, bütün türk dünyasında yaşadacağıma söz verdim. Bu sözləri deyəndə atamın gözlərindən yaş axdı, ağrımızı o da hiss edirdi. Sonuncu sözlərim o oldu ki, ata səni çox sevirəm, bilirəm ki, vidalaşmaq hamımız üçün çox çətindir. Atam olmadan yaşamaq çox ağırdır, amma onun əsərlərinə görə yaşamalıyam.
Heyf ki, vəsiyyət edə bilmədi, son sözünü deyə bilmədi, bununla belə bir övlad kimi öz borcumu yerinə yetirdim. Atamı hələ nə qədər dinlənilməyən musiqiləri var, onların hər biri dəryadır. Yavaş-yavaş üzə çıxaracam”.
Aytən,
Foto: Elnur Muxtar








-
Region03:43
İran İsrail telekanalına hücum planlarını AÇIQLADI
-
Nida Xəbər 03:13
"İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək" - VİDEO
-
Qoroskop00:00
Gününü ULDUZ FALI - Hər nədirsə, onu bu gün seçin
-
Hadisə19 İyun 23:36
Bakıda çoxmərtəbəli yaşayış binasında GÜCLÜ YANĞIN - YENİLƏNDİ
-
Rəsmi xronika19 İyun 23:24
Prezidentin Türkiyə səfərindən YENİ VİDEO
-
Nida Xəbər 19 İyun 23:12
General-mayorun müsadirə olunmuş əmlakı satıldı, pulu onlara PAYLANDI
-
Magazin119 İyun 22:36
Məşhur müğənni Xalq artisti adından MƏHRUM EDİLDİ
-
Sağlamlıq19 İyun 22:00
Şəkər haqqında məşhur mif doğru deyilmiş…