Atasının qırxı çıxmamış toylara gedən Damla onu tənqid edənlərə OD PÜSKÜRDÜ: “Kimsiniz?”
Bizi izləyin

Magazin1

Atasının qırxı çıxmamış toylara gedən Damla onu tənqid edənlərə OD PÜSKÜRDÜ: “Kimsiniz?”

Müğənni Damla atasının ölümündən bir neçə gün sonra toy məclislərində çıxış edib.

Publika.az xəbər verir ki, ifaçının bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusu olub, çoxları onu pula görə atasının xatirəsinə hörmət etməməkdə ittiham edib.

İradlar qarşısında susmayan Damla izləyicilərinə müraciət ünvanlayıb:

“Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi asan və adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam.

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcəkdi? Mən təkəm, arxasızam. Tənqidləri yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır?

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı, siz ağzınıza nə gəldi yazırsınız. Yoxsa, hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki? İllərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynlərimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. İnsana sağlığında dəyər verərlər. Ona sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam, atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkimdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm