47 yaşlı Xalq artisti valehedici obrazda - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

47 yaşlı Xalq artisti valehedici obrazda - FOTO/VİDEO

Xalq artisti Aygün Kazımova bu dəfə sadə geyim seçimi ilə diqqət mərkəzində olub.

Publika.az xəbər verir ki, Pəncərə klubunun Bahar bayramlarına həsr olunmuş "Keçmişə açılan pəncərə" adlı tədbiri keçirilib. Novruz bayramına həsr olunan tədbirdə Xalq artisti Aygün Kazımova da iştirak edib.

Aygün Kazımova sadə geyimi və klassik saç düzümü ilə gecənin əsas ulduzu olub. Gecə üçün tanınmış dizayner Rüfət İsmayılın son kolleksiyasından qara klassik şalvar və ağ bluz seçən ulduz obrazını narıncı kəlağayı və qırmızı pomada ilə tamamlayıb. 47 yaşlı sənətçi yeni obrazda olduqca valehedici görünüb. Bu yaxınlarda bədənində plastik əməliyyat keçirən müğənninin arıqlamsı da nəzərdən qaçmayıb.

Rəhbəri yazıçı-publisist Anarın qızı Günel Anarqızı olan “Pəncərə klubu”nun bayram tədbirinin aparıcısı Nərgiz Cəlilova olub. Tədbirin qonaqları arasında Xalq artisti Fəxrəddin Manafov, yazıçı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin Sədri Anar, aparıcı Dilarə Səlim və başqaları olub. Müğənni Miri Yusif isə xanımı Nərgizlə birlikdə gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm