Xalq artisti ilə Rəqsanəni üz-üzə qoyan mahnının müəllifi açıqlama verdi - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artisti ilə Rəqsanəni üz-üzə qoyan mahnının müəllifi açıqlama verdi - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bu gün "Hardasan" adlı mahnısına çəkilən klipini təqdim edib. Lakin məlum olub ki, adıçəkilən mahnını hazırda Rusiyada yaşayan müğənni Rəqsanə də oxuyub.

Publika.az xəbər verir ki, Aygün Kazımovanın "Hardasan" adlı mahnını ifa etməsi qalmaqala səbəb olub. Müğənni Rəqsanə İsmayılova iddia edib ki, bu mahnını 10 il əvvəl özü ifa edib və bəstəyə görə pul xərcləyib.

Mahnının bəstəkarı İsmayıl Əsədov isə Rəqsanə İsmayılovanın bu sözlərinə qarşılıq verib. O, sənətçini bəstəsinə qarşı biganəlikdə qınayıb. Bundan başqa həmin mahnını lazımi şəkildə təbliğ etmədiyindən və sevdirə bilməməsindən bu mahnını Aygün Kazımovaya verdiyini bildirib:

"Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Hazırda mahnının bütün hüquqları məndədir. Rəqsanə xanım bu mahnını 10 ildir ki, heç yerdə səsləndirmir. Belə olduğu halda, əgər bir əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl “Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub. Amma bu ödəniş bizə yox, mahnının aranjımanına olunub. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib. Məqsədimiz bu mahnını yaşatmaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm