Röya ilə Lalə Məmmədova BARIŞDI - FOTO
Bizi izləyin

Magazin1

Röya ilə Lalə Məmmədova BARIŞDI - FOTO

Əməkdar artist Lalə Məmmədova Röya Ayxanla barışdığını elan edib.

Publika.az xəbər verir ki, müğənni instaqram səhifəsində küsülü olduğu həmkarı Röya Ayxan və müğənni Elnarə Xəlilova ilə birlikdə çəkdirdiyi köhnə fotosunu paylaşıb.

Artist paylaşdığı fotoya “Necə də maraqla başımızı aşağı salıb baxırıq. Elnarə, bizə nə göstərirdin? Ağızaçıq qalmışıq, konserti də unutmuşuq” şərhini yazıb.

Röya isə bu fotoya “Saç düzümümdən bilinir ki, hələ ərdə deyildim” rəyini yazıb.

Sosial şəbəkə istifadəçilərinin barışıq suallarına L.Məmmədova belə cavab verib: “Çox sözlər söylənə bilər, amma bu küsmək düşmənçilik anlamına gəlmir”.

Röya ilə böyük qalmaqal yaşayan İradə İbrahimova da bu fotoya biganə qala bilməyib və ürək smayliki qoyub.

Məlumat üçün bildirək ki, L.Məmmədovanın bir müddət əvvəl R.Ayxanla bağlı bu sözləri həmkarını hiddətləşdirmişdi: “Röyaya deyirəm ki, gəl, başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.

Röya isə Lalə Məmmədovaya belə cavab vermişdi: “Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”.

Bundan başqa, Röya və İradə qalmaqalında Lalə Məmmədovanın rəfiqəsini müdafiə etməsi onların münasibətlərinin korlanmasına gətirib çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm