Röya ABD Maliklə 12 il sonra... - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Röya ABD Maliklə 12 il sonra... - FOTO/VİDEO

Müğənni ABD Malik Əməkdar artist Röya Ayxan və köhnə "Dəyirman" qrupunun digər üzvləri ilə birlikdə ifa etdikləri “Gəlmədin” mahnısının yeni versiyasını hazırlayıb.

Publika.az xəbər verir ki, 12 yaşı olan mahnıya yeni nəfəs verən iki sənətçi onu bu dəfə fərqli tərzdə oxuyub. Yeni kompozisiyaya çəkilən klipin rejissoru Abbas Səlimbəyovdur.

Röya Ayxan “Gəlmədin”lə bağlı təəssuratlarını bölüşüb:

“Birinci dəfə mən "Dəyirman"a təklif etdim ki, gəl, mahnı yazdıraq. İkinci dəfə isə təklif ABD Malikdən gəldi. 12 il keçdikdən sonra mahnıya yeni nəfəs verdiyi üçün ona təşəkkür edirəm. Artıq yeni nəslin də bu mahnıdan xəbəri olacaq”.

Mahnının musiqisi İsa Məlikovun, yeni versiyaya yazılan sözlər isə ABD Malikin özünə aiddir.

Klip təqdimatında müğənnilərin yaxın dostları Zamiq Hüseynov, Murad Dadaşov, Elmir Məhərrəmov iştirak eidb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm