“Kurtlar Vadisi”nin sevilən aktyoru azərbaycanlı məşhura VALEH OLDU - VİDEO
Bizi izləyin

Magazin1

“Kurtlar Vadisi”nin sevilən aktyoru azərbaycanlı məşhura VALEH OLDU - VİDEO

“Kurtlar vadisi” serialından Yalçın Bulud obrazı ilə tanıdığımız aktyor Hüseyin Avni Danyal “Məlahətli söhbətlər” verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, türkiyəli məşhur keçən ay aktrisa Məlahət Abbasovanın dəvəti ilə Bakıya gəlib. Hüseyin Avni Danyalla yanaşı aktyor Şamil Süleymanov, müğənni Manana və xanəndə Fərqanə Qasımova M.Abbasovanın verilişinin qonağı olub.

Hüseyin Avni Danyal verilişdə bildirib ki, Fərqanə Qasımovanın səsinin vurğunudur. “Günlərlə sizi dinlədim, burda qarşımda görəndə çox həyəcanlandım”, - deyə o, xanəndənin səsinə valeh olduğunu gizlətməyib.

Məlumat üçün bildirək ki, sözügedən proqram bu gün 22: 15-də ATV kanalında yayımlanacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm