Məşhur aparıcı işsiz qaldı - VİDEO
Bizi izləyin

Magazin1

Məşhur aparıcı işsiz qaldı - VİDEO

Aparıcı Firuzə Cəlilova işsiz qalıb.

Publika.az xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib. Aparıcının həm "Xəzər TV"də, həm də radioda yayımlanan verilişləri bağlanıb. Əvvəlcə Xəzər Tv-də televiziya verilişi bağlanan Fira ləqəbli aparıcı daha sonra radiodan da uzaqlaşıb. Belə ki, onun "Danışır Xəzər" verilişi də bağlanıb.

Bu barədə Fira özü məlumat verib. Onun sözlərinə görə, aprelin 13-də radiodakı proqramı sonuncu dəfə yayımlanıb:

"13 Apreldə Xəzər 103 FM-də düz 1 il 8 aylıq layihəmiz olan "Danışır Xəzər"in son yayım günü oldu. Radiodakı sevimli müdirim Nəsib Nura təşəkkür edirəm ki, məni radio ilə tanış etdi və Azər bəy kimi istedadlı bir həmkarla yayım paylaşdım. Xəzər103 FM həyatımın unudulmaz bir anı olaraq qalacaqsan".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm