Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan uşaq moda müsabiqəsi keçirilir
Bizi izləyin

Magazin1

Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan uşaq moda müsabiqəsi keçirilir

Bakıda uşaq moda musabiqəsi kiçilir.

Publika.az xəbər verir ki, Art Production tərəfindən keçirilən növbəti müsabiqə Azərbaycan və Türkiyə xalqlarının dostluğunu, birliyini və bir-birinə sadiqliyini tərənnüm edir.

“AZƏRİTÜRK” adlı uşaq moda müsabiqəsində geyimlər gənc modelyerlər tərəfindən 5-15 yaş arası modellər üzərində münsiflər heyətinə və tamaşaçılara nümayiş etdiriləcək.

Müsabiqənin məqsədi Azərbaycan və Türkiyə qardaşlığının möhkəmliyini uşaq və yeniyetmələrimizə təbliğ etmək və bunu daim davam etdirmək üçün onlara geyimlər üzərində olan türkçülüyümüzü ifadə edən hər bir arnament və ya elementləri tanıtdırıb, sevdirməkdir.

Tədbir Bakıda Baku PULLMAN otelində baş tutacaq.

Tədbir 1918-ci ilin may ayının 28-də Milli Şuranın "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm